Bakıda avtomobil 20 yaşlı qızı vurub

Hadisə

15.03.2021 - 07:53

Həkimlər Klinikalar SEO Xidməti

Hadisə Odlar Yurdu Universitetinin qarşısında baş verib

 

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

AYNA-nın "Report"a istinadən məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb. Odlar Yurdu Universitetinin qarşısında yolu keçən 2001-ci il təvəllüdlü Əliyeva Sumrun Ramiz qızını avtomobil vurub. Ağır xəsarətlər alan yaralı təcili yardımın köməkliyi ilə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona qapalı-kəllə beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

 

Qeyd edək ki, sürücü hadisə yerindən qaçıb. Hadisənin təfərrüatı araşdırılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş