Bakıda avtobusların hərəkətində gecikmələr yaranıb

Xəbərlər

14.12.2020 - 15:12

BNA fərdi avtomobil sürücülərindən xahiş edir

 

“Hazırda paytaxtda 2 nömrəli xətt üzrə 19 avtobus fəaliyyət göstərir. Marşrut xəttinin keçdiyi bəzi yollarda karantin postları var”. AYNA xəbər verir ki, bu sözlər Bakı Nəqliyyat Agentliyinin (BNA) açıqlamasında yer alıb.

 

Məlumatda qeyd edilib ki, postların qarşısındakı sıxlıq səbəbindən intervalda müəyyən gecikmələr olur: “Bu hal digər xətlərdə də müşahidə olunur. Ona görə fərdi avtomobil sürücülərindən xahiş edirik ki, karantin postlarına yaxınlaşan zaman sağ zolağı avtobuslar üçün boş sağlasınlar. Hərəkətə icazə verən sənədləri vaxtında təqdim etsinlər ki, bu cür narahatlıq doğuran hallarla rastlaşmayaq”.

Müəllif: Ayna.az