Yol kəsişmələrində mövcud işıqfor obyektlərinin üzərinə piyada bölmələri quraşdırılıb
Bakıda piyadaların rahatlığı və təhlükəsizliyinin artırılması məqsədilə işıqforlarla nizamlanan bir sıra yol kəsişmələrində piyada keçidlərinin 4 tərəfli formada təşkil edilməsi işləri davam etdirilir. Bu barədə AYNA-ya Bakı Nəqliyyat Agentliyindn (BNA) bildirilib.
Qeyd olunub ki, görülən işlər çərçivəsində daha 6 yol kəsişməsində bu istiqamətdə işlər icra edilib və ümumilikdə 46 məntəqədə 4 tərəfli piyada keçidləri ilə əlaqədar işlər yekunlaşıb.
Nizamlanan yol kəsişmələrində mövcud işıqfor obyektlərinin üzərinə piyada bölmələri quraşdırılıb. Müvafiq yol nişanlanma xətləri çəkilib.
Qeyd olunub ki, səkilərdə yeni pandusların tikintisi və səkilərdə yaranan problemlərin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.