Bakıda 36 yaşlı kişi özünü bıçaqlayıb

Hadisə

07.06.2021 - 07:53

Həkimlər Klinikalar SEO Xidməti

Hadisə Yasamal rayonunda qeydə alınıb

 

Bakıda orta yaşlı kişi özünə bıçaqla xəsarət yetirib. AYNA-nın “Report”a istinadən məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

 

Belə ki, 1985-ci il təvəllüdlü Əjdərov Fərid Nadir oğlu özünə bıçaqla xəsarət yetirib.

 

Yaralı təcili tibbi yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona qarın boşluğunda iki ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb. Yaralı əməliyyat olunub.

 

Hadisənin təfərrüatı araşdırılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş