Bakıda 2 marşrutun hərəkət sxemi dəyişdirilib

Xəbərlər

24.06.2020 - 11:16

67 və 83 nömrəli marşrutlar müvəqqəti olaraq Natəvan küçəsi ilə hərəkət edir

 

Paytaxt Bakıda 67 və 83 nömrəli müntəzəm marşrut xətlərinin hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib. Bu barədə AYNA-ya Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

 

Belə ki, dünən axşamdan Y.Hüseynov küçəsi (Biləcəri qəsəbəsi) yolun üst örtüyünün yenilənməsi ilə bağlı 2 günlük təmirə bağlanıb. Bu səbəbdən 67 və 83 nömrəli müntəzəm marşrutlar üzrə istismar edilən avtobuslar müvəqqəti olaraq Natəvan küçəsi ilə hərəkət edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş