Bakı-Sumqayıt yolunda böyük tıxac - <font color=red> FOTOLAR</font>

Cəmiyyət

16.02.2020 - 15:35

Yolun hansı səbəbdən bağlı olması məlum deyil

 

Bakı-Sumqayıt yolunda avtomobillərin hərəkətində məhdudiyyətlər yaranıb.


AYNA-nın məlumatına görə, yolun Sumqayıtdan Bakıya gələn istiqamətində əsas yola avtomobillərin girişi mümkün olsa da, bir qədər irəlidə yol bağlıdır və sürücülər geri qayıdaraq yardımçı yoldan istifadə etmək məcburiyyətində qalıblar.

 

Nəticədə sözügedən ərazidə böyük tıxac yaranıb.


Problemin səbəbi hələlik məlum deyil.

Müəllif: Ayna.az