Bakı-Sumqayıt yolu belə genişləndiriləcək - <font color=red> “XİLAS PLANI”</font>

Cəmiyyət

22.01.2020 - 10:16

Həkimlər Klinikalar SEO Xidməti

Anar Nəcəfli: “Həm yol geniş olacaq, həm də istiqamətlər üzrə sıxlıq aradan qaldırılacaq”

 

Bakı-Sumqayıt yolunun acınacaqlı vəziyyəti hər kəsə məlumdur. Uzun müddətdir öz həllini tapmayan tıxac problemi yoldan istifadə edən vətəndaşlara əziyyət verir. Lakin hazırda Bakı-Sumqayıt yolunun genişləndirilməsi istiqamətində işlərə başlanılıb. AYNA əməkdaşı bu mövzuda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli ilə həmsöhbət olub.

 

- Anar müəllim, Bakı-Sumqayıt yolunun genişlənmə prosesi ərzində hansı tədbirlər nəzərdə tutulur?

 

- Ölkə başçısının tapşırığına uyğun olaraq Bakı-Sumqayıt yolunun genişlənməsi prosesinə başlanılıb. Masazır qəsəbəsinə qədər olan hissədə hər iki istiqamətdə hərəkət zolaqları genişlənir. Bununla əlaqədar olaraq yol kənarlarında olan süni təpəciklər sökülür, körpülərin alt hissəsində genişləndirmə işləri aprılır. Xırdalan dairəsinə qalxan və düşən istiqamətdə qeyri-yaşayış obyektləri var ki, onların da qanunvericiliyə uyğun olaraq kompensasiya ödənilərək söküntüsü aparılacaq. Digər tərəfdən, yaşıllıqların və kommukasiya xətlərinin köçürülməsi də nəzərdə tutulur. Dairənin altından keçən tunel iki hərəkət zolağı istiqamətində genişləndiriləcək və əlavə tunellər inşa olunacaq. Bu işlər yekunlaşandan sonra artıq tunelin genişləndirilməsi istiqamətində də işlər aprılacaq.

Mərahim Nəsib

Pin up casino Pin-up casino giriş