Bakı Qlobal Forumu çərçivəsində sonuncu panel Şuşada keçirilib

Xəbərlər

07.11.2021 - 18:51

İclas İsmail Serageldinin moderatorluğu ilə baş tutub

Bu gün VIII Bakı Qlobal Forumu çərçivəsində Şuşada "Mədəni irsin qorunması” mövzusunda panel iclası keçirilib.

AYNA-nın APA-ya istinadən məlumatına görə, iclas Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldinin moderatorluğu ilə baş tutub.

Panelin moderatoru Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldindir. Paneldə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviç, Türkiyənin sabiq Baş naziri Binəli Yıldırım, Ağa Xan Fondunun Prezidenti Luis Monreal və Ümumdünya İrs Mərkəzinin keçmiş rəhbəri Françesko Bandarinin videomüraciətləri səsləndiriləcək.

Paneldə İslam Konfransı Təşkilatının (İKT) sabiq baş katibi Əkmələddin İhsanoğlu, Ümumdünya Abidə Fondunun keçmiş sədri Bonnie Burnham və ISESCO-nun keçmiş baş direktoru Əbdüləziz əl-Tuveycri çıxış edəcəklər.

Müəllif: Ayna.az