Elvin Süleymanlının polis bölməsində təzyiqə məruz qalması iddiaları araşdırılır
Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Elvin Süleymanlının Yasamaldakı əməliyyat zamanı saxlanılaraq təzyiqə məruz qalması ilə bağlı iddialarına münasibət bildirib.
İdarənin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyevin AYNA-ya dediyinə görə, Elvin Süleymanlının polis bölməsində təzyiqə məruz qalması iddiaları ilə bağlı xidməti yoxlama aparılır.