Hazırda karantin rejiminin tələblərini pozan şəxslərin kimliyi müəyyənləşdirilir
Paytaxt polisi məşhur "Fairmont Baku" hotelində əməliyyat keçirir. AYNA xəbər verir ki, hoteldə karantin qaydalarının pozulması barədə yayılan məlumatlar polisi hərəkətə keçirib.
Hazırda polis əməkdaşları karantini pozan şəxslərin kimliyini müəyyənləşdirir. Əməliyyatın davam etdiyi bildirilir.
Qeyd edək ki, “Fairmont Baku” elan edilmiş karantin qaydalarına məhəl qoymayıb. Belə ki, hotel həftə sonunu “Fairmont Baku”da keçirmək üçün vətəndaşlara çağırış edib. Həmçinin, sosial şəbəkələrdə "Fairmont Baku" hotelinin müştəriləri karantin qaydalarını pozduğu barədə görüntülər paylaşılıb.Yayılan görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.