Bakı-Moskva reyslərində gecikmələr olub

Xəbərlər

11.03.2025 - 12:16

Həkimlər Klinikalar SEO Xidməti

Gecikən reyslərin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin olunurlar

Rusiyanın Moskva şəhəri üzərində hava məkanının bağlanması səbəbindən “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakı-Moskva marşrutu üzrə həyata keçirilən J2-807 (Vnukovo) və J2-181 (Domodedovo) nömrəli reyslərində gecikmələr müşahidə olunub.

AZAL-dan AYNA.AZ-a bildirilib ki, uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə AZAL vəziyyəti diqqətlə izləməyə davam edir və sərnişinləri baş verə biləcək dəyişikliklər barədə mütəmadi olaraq məlumatlandıracaq.

Gecikən reyslərin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin olunurlar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş