Bakı metrosunun yeni stansiyası “8 Noyabr” adlanacaq

Xəbərlər

08.12.2020 - 12:12

Nazirlər Kabinetinin bununla bağlı qərar verib

 

Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Bakı Metropoliteninin yeni stansiyasına Zəfər günü münasibətilə “8 Noyabr” adı verilməsi təşəbbüsü ilə çıxış edib. AYNA-nın xəbərinə görə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin bununla bağlı qərar verib.

 

“Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təşəbbüsünə əsasən, Bakı Metropoliteninin Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 1065-ci məhəllə ünvanında yerləşən yeni stansiyası “8 Noyabr” adlandırılsın”, - deyə qərarda qeyd edilib.

Müəllif: Ayna.az