Bakı məktəblərindəki müəllim və şagirdlərin sayı açıqlanıb

Xəbərlər

07.06.2021 - 13:36

Paytaxtda 456 min 76 şagirdin təlim-tərbiyəsi ilə 28 min 167 müəllim məşğul olur

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində 309 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 317 məktəb və 5 Uşaq-Gənclər İnkişaf Mərkəzi fəaliyyət göstərir.

 

BŞTİ-dən AYNA-ya bildirilib ki, 2020-2021-ci tədris ilində bu məktəblərdə 456 min 76 şagirdin təlim-tərbiyəsi ilə 28 min 167 müəllim məşğul olur.

 

Ümumi təhsil müəssisələrinin I siniflərində 44 min 847, IX siniflərində 34 min 874, XI siniflərində 20 min 24, XII siniflərində isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 146 nəfər təhsil alır.

Müəllif: Ayna.az