Bağlı qalmış 7 cinayətin üstü açılıb

Xəbərlər

28.12.2020 - 17:44

Həkimlər Klinikalar SEO Xidməti

Cinayət törətməkdə şübhəli bilinən 18 nəfər saxlanılıb

 

Ötən gün ərzində törədilmiş 12 cinayətin üstü respublikanın daxili işlər orqanları tərəfindən “isti izlər”lə açılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən xəbərə görə, əvvəlki dövrlərdən bağlı qalmış yeddi cinayətin açılması təmin olunub.

 

Axtarışda olduğuna görə ümumilikdə 37 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 31 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında baş vermiş üç ağır yol-nəqliyyat hadisəsi nəticəsində dörd nəfər ölüb.

 

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12 fakt müəyyənləşdirilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 18 nəfər saxlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş