Bağçalara qeydiyyatın başlama tarixi bəlli olub

Xəbərlər

20.06.2022 - 12:52

Həkimlər Klinikalar SEO Xidməti

Uşaqlarınızın şəxsiyyət vəsiqəsini hazır saxlayın 

İyulda məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qaydada qəbuluna start veriləcək. Bu barədə AYNA-ya Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemində qeydiyyat üçün uşağın şəxsiyyət vəsiqəsi tələb olunacaq: "Bu baxımdan valideynlərə qeydiyyat prosesi başlayanadək uşaqları üçün şəxsiyyət vəsiqəsi əldə etmələri tövsiyə edilir".

Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə qəbulla bağlı yeni yaradılan elektron sistemdən istifadəyə dair təlimat yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş