AzTV-nin Qarabağda müxbir postları yaradılacaq

Xəbərlər

25.12.2020 - 11:59

Həkimlər Klinikalar SEO Xidməti

Rövşən Məmmədov: “Hələ ki, biz sadəcə çəkilişlərlə kifayətlənirik”

 

“İşğaldan azad olunan rayonlarda Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin (AzTV) müxbir postlarının yaradılması istiqmaətində iş gedir”. AYNA xəbər verir ki, bu barədə AzTV-nin sədri Rövşən Məmmədov onlayn keçirdiyi illik mətbuat konfransında bildirib.

 

R.Məmmədov qeyd edib ki, bununla bağlı artıq müraciət olunub: “Bu, bizim ideoloji hədəfimizdir. İndiki halda qeyri-mümkündür. Hələ ki, biz sadəcə çəkilişlərlə kifayətlənirik. Hazırda həmin ərazilər minalardan təmizlənir. Ondan sonra müxbir postlarımız formalaşdırılacaq”.

 

AzTV sədrinin sözlərinə görə, təkcə AzTV deyil, bütün ölkə mediası həmin ərazilərdə müxbir postunun yaradılmasını istəyir: “Növbəti ildə biz hərbi jurnalistikanın inkişaf etdirilməsi istiqamətində proqram hazırlamışıq. həçmçinin 2021-ci ildə kadr potensialını gücləndirəcəyik”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş