“Azərsu” içməli suyu küçələrə axıtdı - <font color=red> VİDEO</font>

Xəbərlər

09.02.2021 - 14:03

Suyun yola axıdılmasına səbəb kimi də, ərazidə kanalizasiya xəttinin olmamasını əsas gətiriblər

 

Ramana qəsəbəsinin “Sovxoz” adlanan ərazisinə gedən yolda “Azərsu” ASC-yə məxsus su borusu partlayıb.

 

AYNA-nın “Baku” TV-yə istinadən verdiyi məlumata görə, su borusunun partlaması nəticəsində ərazidə olan “Azərsu” ASC-nin əməkdaşları içməli suyu yola axıdıb.

 

Suyun yola axıdılmasına səbəb kimi də, ərazidə kanalizasiya xəttinin olmamasını əsas gətiriblər.

 

Müəllif: Ayna.az