"Azərişıq" ASC-nin əməkdaşları vaksinasiya edilir

Xəbərlər

06.04.2021 - 14:02

1000-ə yaxın əməkdaşın peyvəndlənməsi nəzərdə tutulub

 

Bu gündən “Azərişıq” ASC-nin əməkdaşlarının vaksinasiyası başlayıb. Ümumilikdə 4 gün ərzində davam edəcək vaksinasiya TƏBİB-lə birgə həyata keçirilir. AYNA-nın xəbərinə görə, bu barədə qurumun Mətbuat Xidmətinin rəhbəri Vaqif Mustafayev bildirib.

 

Onun sözlərinə görə, 1000-ə yaxın əməkdaşın peyvəndlənməsi nəzərdə tutulub: “Daim əməkdaşlarının təhükəsizliyinə və sağlamlığına üstünlük verən “Azərişıq” pandemiya başladığı dövrdən də bütün qaydalara riayət edib. Qarşıdakı 4 gündə könüllülük prinsipi əsasında 40-50 yaş arası 1000-ə yaxın əməkdaşımız peyvəndlənəcək. Amma əgər müraciət olarsa 50 yaşdan yuxarı əməkdaşlarımızın da vaksinasiyası üçün şərait yarada bilərik”.

Müəllif: Ayna.az