“Azəriqaz” problemə aydınlıq gətirdi

Cəmiyyət

13.05.2020 - 17:41

Həkimlər Klinikalar SEO Xidməti

Ceyhun Səfərov: “Qaz xətlərində qəza baş verib”

 

Bu gün səhər saatlarından etibarən Bakı və Abşeron yarımadasının bir hissəsində mənzillərə qaz təchizatının verilməsi dayanıb. “Azəriqaz” İB-in mətbuat katibi Ceyhun Səfərov AYNA-ya açıqlamasında məsələni qəza baş verməsi ilə əlaqələndirib.

 

“Bu gün səhər saatlarında Xəzər rayonu Türkan qəsəbəsində qəza baş verib və qaz xətləri zədələnib. Belə ki, yük avtomobili aşaraq yol kənarındakı qaz xəttini dirəklərdən yerə salıb. Bu baxımdan həmin ərazidə qaz xəttinin verilməsində fasilə yaranıb”, - o bildirib.

 

Səfərov əlavə edib ki, Masazır qəsəbində isə qaz xətlərində sızıntı olduğu üçün təmir işləri həyata keçirilir və ona görə də qazın verilməsində fasilə yaranıb: “Lakin bu gün 18:00-da təmir işləri başa çatacaq və qaz təchizatı yenidən bərpa olunacaq”.

 

“Azəriqaz” sözçüsünün dediyinə görə, həmişə olduğu kimi, qaz təchizatının verilməsində fasilə yarandığı zaman 18:00-da qaz yenidən verilir: “Bu baxımdan da, paytaxtın qaz təchizatı olmayan digər hissələrində də 18:00-dan etibarən problem öz həllini çatacaq”.

Müəllif: Mərahim Nəsib

Pin up casino Pin-up casino giriş