Azərbyadanda daha 33 nəfər COVID-19-dan vəfat edib

Cəmiyyət

25.08.2021 - 17:15

Ölkəmizdə koronavirusla bağlı son vəziyyət açıqlanıb

 

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 794 yeni yoluxma faktı qeydə alınıb, 2216 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 33 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 401 828 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 350 670 nəfər müalicə olunaraq sağalıb, 5 403 nəfər vəfat edib, aktiv xəstə sayı 45 755 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 835, ötən müddət ərzində isə ümumilikdə 4 362 263 test aparılıb.

Müəllif: Ayna.az