Azərbaycanın strateji valyuta ehtiyatları 91 milyard dollara yaxınlaşıb

İqtisadiyyat

09.09.2026 - 22:21

Strateji valyuta ehtiyatları illik müqayisədə 15,7 faiz artıb

Azərbaycanın strateji valyuta ehtiyatları 2026-cı il sentyabrın 1-nə 90 milyard 769,7 milyon ABŞ dolları təşkil edib. AYNA.AZ xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Qeyd olunub ki, strateji valyuta ehtiyatları illik müqayisədə 15,7% artıb.

Müqayisə üçün, 2026-cı il avqustun 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 86 milyard 814,9 milyon dollar təşkil etmişdi.

Beləliklə, bir ay ərzində strateji valyuta ehtiyatlarının həcmi 3 milyard 954,8 milyon dollar və ya 4,6% artıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş