“Azeri Light”ın qiyməti 51 dolları ötüb

İqtisadiyyat

23.12.2020 - 11:37

Birjalarda neft qiyməti ucuzlaşıb

 

Dünya birjalarında neft qiyməti ucuzlaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,69 dollar geriləyərək 49,39 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,65 dollar ucuzlaşaraq 46,37 dollar olub.

 

Azərbaycan neftinin qiyməti isə bahalaşıb. “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,19 dollar artaraq 51,09 dollar təşkil edib.

 

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Müəllif: Ayna.az