Azərbaycanın Milli Qəhrəmanı yol qəzasında ölüb

Hadisə

18.11.2020 - 14:07

Ağır yaralanan Məhəmməd Həsənov xəstəxanada vəfat edib

 

Azərbaycanın Milli Qəhrəmanı avtomobil qəzasında həlak olub. AYNA-nın APA-ya istinadən məlumatına görə, 1959-cu il təvəllüdlü Məhəmməd Həsənov noyabr ayının 9-da yaşadığı Goranboy rayonu ərazisində qəzaya düşərək ağır xəsarət alıb.

 

Dərhal xəstəxanaya yerləşdirilən Milli Qəhrəman bu gün səhər saatlarında xəstəxanada vəfat edib.

 

Qeyd edək ki, Məhəmməd Həsənov Goranboy rayonunda orta məktəb direktoru olub.

Müəllif: Ayna.az