Azərbaycanın metanol ixracından gəlirləri artıb

İqtisadiyyat

19.10.2026 - 14:08

İxrac olunan metanolun dəyəri əvvəlki illə müqayisədə 8 faiz artıb

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycandan dəyəri 81,8 milyon dollar olmaqla 240,6 min ton metanol ixrac olunub. AYNA.AZ xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) yaydığı məlumatda deyilir.

Hesabat dövründə ixrac olunan metanolun dəyəri əvvəlki illə müqayisədə 8 faiz artıb, həcmi isə 28,6 faiz azalıb.

Qeyd edək ki, 2025-ci ilin müvafiq aylarında ölkədən 336,8 min ton metanol ixrac olunub, ixracın dəyəri 75,8 milyon dollar təşkil edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş