Azərbaycanın daha bir güləşçisi medal qazanıb

İdman

04.10.2021 - 23:13

Həkimlər Klinikalar SEO Xidməti

Sərbəst güləş yığması dünya çempionatında ikinci medalını qazanıb

Azərbaycan sərbəst güləşçisi Osman Nurməhəmmədov Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında bürünc medal uğrunda görüşə çıxıb.

AYNA-nın məlumatına görə, 92 kq çəki dərəcəsinə təsadüf edən qarşılaşmada rəqib Belarus təmsilçisi Omarhacı Məhəmmədov olub.

Görüş Nurməhəmmədovun qələbəsi ilə yekunlaşıb - 2:0.

Beləliklə, Azərbaycan sərbəst güləş yığması dünya çempionatında ikinci medalını qazanıb. Daha əvvəl Abubakr Abakarov (86 kq) da bürünc medala yiyələnib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş