Yeraltı təkanlar saat 20:53-də qeydə alınıb
Bu gün Siyəzən rayonu ərazisində maqnitudası 3.1 olan zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AYNA-ya bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 20:53-də qeydə alınıb.
Zəlzələ Siyəzən stansiyasından 18 kilometr cənub-şərqdə baş verib.
Ocağı 42 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.