Zəlzələ 3,3 maqnitudada baş verib
Azərbaycanda zəlzələ qeydə alınıb. Bu barədə AYNA Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.
Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən yeraltı təkanlar Qazax stansiyasından 26 km şimal-şərqdə, Ağstafada yerli vaxtla saat 06:31-də qeydə alınıb. Zəlzələ 3,3 maqnitudada baş verib.
Zəlzələ ocağı 8 kilometr dərinlikdə yerləşib.
Qeyd edək ki, zəlzələ hiss olunmayıb.