Azərbaycanda son sutkada 43 minə yaxın şəxs vaksinasiyadan keçib

Xəbərlər

07.10.2021 - 19:56

Həkimlər Klinikalar SEO Xidməti

Ölkəmizdə COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 42746 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13173, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 29573 nəfərdir.

Ölkədə vurulan peyvəndin ümumi sayı 8884266, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4850515, ikinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı isə 4033751 təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş