Azərbaycanda özəl icra məmurları fəaliyyətə başlayacaq

Xəbərlər

04.09.2020 - 12:11

Ədliyyə naziri layihə hazırlanması göstərişi verib

 

Avropa ölkələrinin əksəriyyətində özəl icra məmurları fəaliyyət göstərir. Ədliyyə nazirinin göstərişilə Azərbaycanda da özəl icra məmurları ilə bağlı layihə hazırlanır. AYNA-nın xəbərinə görə, bunu Ədliyyə Nazirliyi İcra baş idarəsinin rəis müavini (rəis vəzifəsini icra edən) Fərid Əfəndiyev bildirib.

 

F.Əfəndiyev deyib ki, hazırda layihə razılaşdırma mərhələsindədir: “Qanuna əsasən bəzi məsələlər özəl və dövlət icra məmurları arasında bölünəcək. Vətəndaşa seçim imkanları olacaq”.

 

Onun sözlərinə görə, özəl icra məmurları göstərdikləri xidmətə görə qonarar alacaqlar: “Nazirlər Kabinetinin qərarına əsasən, onlar ödəniş müqabilində xidmət göstərəcəklər”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş