Azərbaycanda internet məhdudiyyəti ləğv olunub

Xəbərlər

12.11.2020 - 10:41

Həkimlər Klinikalar SEO Xidməti

Məhdudiyyət səhər saatlarından etibarən ləğv edilib

 

Bu gündən Ermənistan Respublikası tərəfindən törədilən genişmiqyaslı təxribatların, kiberinsidentlərin qarşısının alınması məqsədilə ölkəmizdə internetin verilişinə tətbiq edilmiş müvəqqəti məhdudiyyət işğaldan azad olunmuş və keçmiş cəbhəyanı ərazilər istisna olmaqla, aradan götürülüb. AYNA xəbər verir ki, məhdudiyyət səhər saatlarından etibarən ləğv edilib.

 

Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 27 sentyabr 2020-ci il tarixindən ölkə üzrə internetin verilməsində məhdudiyyətlər tətbiq etmişdi.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş