Ölkənin ali məktəblərinə 52 880 nəfər qəbul olunub
Azərbaycanda əhalinin hər 10 min nəfərinə 227 tələbə düşür.
AYNA.AZ xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
Son 35 il ərzində isə ölkədə əhalinin sayı artsa da bu rəqəm bir qədər dəyişib.
Belə ki, 1990-cı ildə Azərbaycanda əhalinin hər 10 min nəfərinə 148 tələbə düşüb.
Ali məktəbələrə qəbul olunan tələbələrin sayı da qeyd edilib.
Ölkənin ali məktəblərinə 52 880 nəfər qəbul olunub.
1990-cı ildə isə bu say 19497 nəfər olub.