Azərbaycanda həkim koronavirusdan vəfat edib - <font color=red> FOTO</font>

Xəbərlər

18.04.2020 - 13:26

Həkimlər Klinikalar SEO Xidməti

Zakir Xəlilov Təcili Tibbi Yardım stansiyasının həkimi olub

 

Azərbaycanda Demokratiya və Rifah (ADR) Hərəkatının Nəsimi rayon təşkilatının İdarə Heyətinin üzvü, həkim Zakir Xəlilov dünyasını dəyişib. AYNA xəbər verir ki, bu barədə ADR-in sədri Qubad İbadoğlu sosial şəbəkədə məlumat paylaşıb.

 

“Zakir bəy bəşəriyyətin mövcudluğunu təhdid edən koronavirus pandemiyası ilə mübarizə aparırdı. Hazırkı döyüşün ön sıralarında yer almışdı. Təcili Tibbi Yardım stansiyasının həkimi idi. Zakir həkim bizim üçün öz sağlamlığını, həyatını təhlükəyə ataraq gözəgörünməz düşmənlə savaşırdı. Virusa yoluxandan sonra ömrünün son həftəsində apardığı mübarizədə qəhrəmancasına həlak oldu. ADR Hərəkatı adından ailəsinə, əzizlərinə və dostlarına dərin hüznlə başsağlığı verir və səbr diləyirik. Allah rəhmət etsin!”, - İbadoğlu yazıb.

Zakir Xəlilov koronavirusdan öldü - Foto

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş