Azərbaycanda dünən 54 nəfər saxlanılıb

Xəbərlər

31.03.2021 - 11:36

Həkimlər Klinikalar SEO Xidməti

Əvvəlki dövrlərdən bağlı qalan altı cinayətin açılması təmin olunub

 

Respublika daxili işlər orqanları tərəfindən mart ayının 30-da törədilmiş 31 cinayətin üstü “isti izlər”lə açılıb. Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

 

Əvvəlki dövrlərdən bağlı qalan altı cinayətin açılması təmin olunub.

 

Axtarışda olduğuna görə ümumilikdə 33 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 22 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Avtomobil yollarında bir yol-nəqliyyat hadisəsi baş verib, nəticədə bir nəfər ölüb.

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatla bağlı üç fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş