Azərbaycanda daha 8 nəfər koronavirusdan vəfat edib

Xəbərlər

29.07.2020 - 17:03

cedabet dərman SEO Xidməti

Son sutkada 622 nəfər COVID-19-dan sağalıb, 363 yeni yoluxma var

 

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 363 yeni yoluxma faktı qeydə alınıb, 622 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 31 221 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 24 495 nəfər müalicə olunaraq sağalıb, 438 nəfər vəfat edib, aktiv xəstə sayı 6 288 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 817, ötən müddət ərzində isə ümumilikdə 708 632 test aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş