Yoluxanlardan 56 nəfər sağalaraq evə buraxılıb
Azərbaycanda 30 yeni koronavirusa yoluxma faktı qeydə alınıb. AYNA xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçdiyi brifinqdə Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev məlumat verib.
O bildirib ki, bununla yanaşı, 56 nəfər sağalaraq evə buxarılıb, 2 nəfər vəfat edib. Digər xəstələrin isə müalicəsi davam etdirilir.
"Hazırkı dövrədək ölkəmizdə, ümumilikdə, 1 283 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 460 nəfəri müalicə olunaraq sağalıb, 15 nəfər isə ölüb", - Prezidentin köməkçisi vurğulayıb.