Azərbaycanda COVID-la bağlı vəziyyət açıqlanıb

Aktual

21.05.2021 - 17:03

Daha 406 yoluxma faktı qeydə alınıb, 769 nəfər sağalıb, 11 nəfər vəfat edib

 

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 406 yeni yoluxma faktı qeydə alınıb, 769 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 331 883 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 319 271 nəfər müalicə olunaraq sağalıb, 4 839 nəfər vəfat edib, aktiv xəstə sayı 7 773 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 009, ötən müddət ərzində isə ümumilikdə 3 435 192 test aparılıb.

#

Müəllif: Ayna.az

GÜLSÜM

Dünən, 22:14 Yazarlar