Bugünkü test sayı isə 17 min 426-dır
Azərbaycanda koronavirusa (COVID-19) yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı 2 milyonu ötüb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, ötən müddət ərzində 2 milyon 16 min 3 test aparılıb.
Bugünkü test sayı isə 17 min 426-dır.