Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Xəbərlər

29.06.2021 - 21:16

Son sutkada koronavirus (COVID-19) əleyhinə 73206 vaksin vurulub

 

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 73206 vaksin vurulub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 35185, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 38021 nəfərdir.

 

Ölkədə vurulan vaksinlərin ümumi sayı 3422241, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2174186, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1248055 təşkil edir.

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Müəllif: Ayna.az