Azərbaycanda COVID-19-dan sutkalıq ölüm sayı azaldı

Aktual

04.06.2021 - 16:36

Bir gündə 406 nəfər koronavirusdan sağalıb, 123 nəfər yoluxub

 

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 123 yeni yoluxma faktı qeydə alınıb, 406 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 334 539 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 326 269 nəfər müalicə olunaraq sağalıb, 4933 nəfər vəfat edib, aktiv xəstə sayı 3337 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9585, ötən müddət ərzində isə ümumilikdə 3 551 620 test aparılıb.

#

Müəllif: Ayna.az