Azərbaycanda COVID-19-a yoluxma sayı açıqlanıb

Aktual

18.07.2021 - 17:54

Bir gündə 255 nəfər koronavirusa yoluxub, 94 nəfər sağalıb, 1 nəfər ölüb

 

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 255 yeni yoluxma faktı qeydə alınıb, 94 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 338 438 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 331 294 nəfər müalicə olunaraq sağalıb, 4 992 nəfər vəfat edib, aktiv xəstə sayı 2 152 nəfərdir.

 

Ölkədə son sutka ərzində 9 319, hazırkı dövrədək isə 3 914 819 test aparılıb.

Müəllif: Ayna.az