Azərbaycanda COVID-19-a yoluxma sayı açıqlanıb

Aktual

16.07.2021 - 16:34

Son sutkada 169 nəfər COVID-19-a yoluxub, 92 nəfər sağalıb

 

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 169 yeni yoluxma faktı qeydə alınıb, 92 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19-dan ölüm halı qeydə alınmayıb.

 

İndiyədək ölkədə ümumilikdə 337 970 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331 112 nəfər müalicə olunaraq sağalıb, 4 990 nəfər vəfat edib, aktiv xəstə sayı 1 868 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 628, ötən müddət ərzində isə ümumilikdə 3 894 683 test aparılıb.

Azərbaycanda son sutkada 169 nəfər COVID-19-a yoluxub, 92 nəfər sağalıb

Müəllif: Ayna.az