Azərbaycanda COVID-19-a yoluxanların sayı 33 min 647 nəfərə çatıb

Xəbərlər

10.08.2020 - 17:04

cedabet dərman SEO Xidməti

Son sutkada 278 nəfər sağalıb, 79 nəfər yoluxub, 2 nəfər vəfat edib

 

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 79 yeni yoluxma faktı qeydə alınıb, 278 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 33 min 647 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 30 min 642 nəfər müalicə olunaraq sağalıb, 492 nəfər vəfat edib, aktiv xəstə sayı 2 min 513 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 015, ötən müddət ərzində isə ümumilikdə 790 141 test aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş