Yanvar-aprel ayları ərzində 13 min 738 cütlük nikaha daxil olub
Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 13 min 738 nikah və 4 min 287 boşanma halları qeydə alınıb. Əhalinin hər min nəfərinə nikahların sayı 4,2, boşanmaların sayı isə 1,3 olub. Bu barədə AYNA-ya Dövlət Statistika Komitəsindən məlumat verilib.
Xəbərdə bildirilib ki, ilin ilk dörd ayı ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 571 nəfər gələn və ölkədən 328 nəfər gedən qeydə alınıb. Ölkə üzrə miqrasiya saldosu müsbət 243 nəfər təşkil edib.