Yanvar ayında 4700-dən çox cütlük nikaha daxil olub
Bu ilin ilk ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə ərazisində 4 min 717 nikaha daxilolma və 1814 boşanma halı qeydə alınıb. AYNA.AZ xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Qeyd olunub ki, əhalinin hər 1000 nəfərinə nikahların sayı 2024-cü ilin müvafiq ayı ilə müqayisədə 4,2-dən 5,4-ə qədər, boşanmaların sayı isə 2-dən 2,1-ə qədər artıb.