Azərbaycanda bir gündə 31 mindən çox peyvənd vurulub

Xəbərlər

20.10.2021 - 17:19

İkinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17092 nəfərdir

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 31389 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14297, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17092 nəfərdir.

Ölkədə vaksinasiyadan keçənlərin ümumi sayı 9257472, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4991242, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4266230 təşkil edir.

Müəllif: Ayna.az