Azərbaycanda bankların dollara tələbatı azalıb

İqtisadiyyat

29.07.2021 - 16:32

Hərracda tələb 49,9 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib

 

Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib. Bu barədə AYNA-ya Mərkəzi Bankdan məlumat verilib.

 

Hərracda tələb 49,9 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7 səviyyəsində formalaşıb.

 

Qeyd edək ki, bundan əvvəlki hərracda (27 iyul) tələb 68,2 milyon ABŞ dolları təşkil edib və tam qarşılanıb.

Müəllif: Ayna.az