Azərbaycanda 313 nəfər COVID-19-la bağlı əks-göstəriş sertifikatı alıb

Xəbərlər

01.09.2021 - 15:16

Səhiyyə Nazirliyi: “Sənədlərin bəzən düzgün doldurulmaması müəyyən gecikmələrə səbəb olur”

 

Bu günə qədər 313 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqədar əks-göstəriş sertifikatı alıb.

 

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, əks-göstəriş sertifikatının verilməsi ilə bağlı tibb müəssisələrinə olunan müraciətlərin çoxluğu, əsassız müraciətlər və göndərilən sənədlərin bəzən düzgün doldurulmaması müəyyən gecikmələrə səbəb olur.

 

Məlumatda qeyd olunub ki, nazirlik vətəndaşların narazılığını anlayır, lakin göndərilən müraciətlərin komissiya tərəfindən araşdırılması müəyyən qədər vaxt aparır.

 

Xatırladaq ki, əks-göstəriş sertifikatının verilməsinə avqustun 9-dan başlanılıb.

Müəllif: Ayna.az