Azərbaycan XİN: İşğalçı ölkə sabitlik adası ola bilməz

Siyasət

01.08.2019 - 18:25

Leyla Abdullayeva: “Erməni nazir “sabitlik” sözünü düzgün başa düşmür”

 

Rəsmi Bakı Ermənistanın Xarici İşlər naziri Zohrab Mnatsakanyanın “Ermənistan sabitlik adasıdır” fikrinə reaksiya verib. AYNA xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva özünün “Twitter” səhifəsində bu barədə açıqlama verib:

 

“Ermənistanın Xarici İşlər naziri “sabitlik” sözünün mənasını düzgün başa düşmür. Başqa dövlətin torpaqlarını işğal altında tutan və etnik təmizləmə aparan təcavüzkar necə “sabitlik adası” ola bilər? İlk növbədə beynəlxalq hüquqa hörmət etmək lazımdır”.

Müəllif: Ayna.az