Azərbaycan XİN başçısı İrana səfər edəcək

Xəbərlər

07.12.2020 - 12:20

Ceyhun Bayramovun Tehranda İranın yüksək vəzifəli şəxsləri ilə görüşü olacaq

 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İrana səfər edəcək. AYNA xarici mediaya istinadən bildirir ki, səfərin 9 dekabrda reallaşacağı deyilib.

 

İranın Xarici İşlər Nazirliyinin rəsmisi Səid Xətibzadə deyib ki, C.Bayramovun Tehranda İranın yüksək vəzifəli şəxsləri ilə görüşü gözlənilir.

Müəllif: Ayna.az