Görüş geniş tərkibli formatda baş tutub
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.
Bu barədə AYNA-ya Azərbaycan XİN-in Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, görüş geniş tərkibli formatda baş tutub.
Qeyd edək ki, C.Bayramov Ankaraya işgüzar səfəri çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən də qəbul edilib.
